Uruqvaylı nazir: "Mənzil proqramlarına özəl investisiya üçün dövlətin stimulları vacibdir"

İnfrastruktur
  • 21 may, 2026
  • 10:04
Uruqvaylı nazir: Mənzil proqramlarına özəl investisiya üçün dövlətin stimulları vacibdir

Mənzil proqramlarına özəl investisiya üçün dövlətin stimulları vacibdir.

"Report" xəbər verir ki, bunu Uruqvayın mənzil və ərazi planlaşdırılması naziri Tamara Paseyro Marin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Mənzil Maliyyələşdirilməsi üçün Yeni Razılaşma" adlı tədbirdə bildirib.

"Əlbəttə ki, əsas bünövrə - hər bir ölkənin milli büdcəsi olmalıdır, buna çoxtərəfli təşkilatların töhfələrini və özəl investisiyaları da əlavə etmək lazımdır. Bəs bu özəl investisiyaları bura necə cəlb edirik? Bax, eyni bir proqram daxilində bu üç ölçüyə malik olmaqla; yəni vergi güzəştləri ilə verilən dəstək və stimullar, yataq otaqlarının və ya otaqların sayına görə həmin mənzillərin qiymətlərinə yuxarı həddin (tavan qiymət) qoyulması və ailələrə dəstək göstəriləsi. Mənə elə gəlir ki, eyni proqramda bu üç cəhəti cəmləmək vacib bir amildir. Ən azından bu bizə tam həssas vəziyyətdə olmayan, dövlətin mütləq himayəsinə ehtiyacı olmayan ailələrə çatmaq imkanı verir; hansı ki, bayaqdan danışdığımız məhəllələrin abadlaşdırılması proqramları məhz onlar üçündür. Bunlar, bəlkə də aylıq ödənişi ödəmək imkanı olan, lakin yığım qabiliyyəti (ilkin ayırma) olmayan orta və orta-yarı rütbəli gəliri olan o qrup, o sektor üçün həll yollarıdır. Deməli, onların mənzil əldə edə bilməsi üçün dövlətin bu dəstəyinə ehtiyacı var. Və burada dövlət siyasətinin eyni vaxtda yürüdülməsini necə formalaşdırdığımız da çox vacibdir, çünki söhbət təkcə mənzilə sahib olmaqdan deyil, həm də o mənzildə daimi qala bilməkdən gedir", - deyə o qeyd edib.