Türkiyənin özəl nəqliyyat şirkətləri Xəzər dənizində işləmək niyyətindədir

İnfrastruktur
  • 11 may, 2016
  • 07:43
Türkiyənin özəl nəqliyyat şirkətləri Xəzər dənizində işləmək niyyətindədir

Bakı. 11 may. REPORT.AZ/ Türkiyənin özəl dəniz şirkətlərinin Xəzərdə Bakı-Aktau-Bakı və Bakı-Türkmənbaşı-Bakı marşrutu ilə hərəkət etməsi məsələsi hazırda müzakirə olunur. 

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında nəqliyyat naziri Ziya Məmmədov bildirib: "Lakin dəniz nəqliyyatında həm milli maraqlar, həm də biznes maraqları nəzərə alınmalıdır".

Nazir deyib ki, qeyd edilən şirkətlərin təklifləri Azərbaycanın maraqlarına uyğun olarsa, bunun reallaşaması mümkün ola bilər: "Lakin onların təklifləri bizi qane etməsə, digər məsələlər müzakirə ediləcək. Bununla belə, birmənalı şəkildə fikir bildirməyi əslində doğru hesab etmirəm. Bu prosesi dəniz nəqliyyat bazarındakı şərtlər və biznes müəyyən edir".