Tovuz rayonunun 2 kəndinin içməli su problemi həll edilir
İnfrastruktur
- 26 aprel, 2021
- 12:33
"Azərsu" ASC-nin 8 nömrəli Regional Sukanal İdarəsinin Təmir-tikinti və quraşdırma sahəsi Tovuz rayonunun Düz Cırdaxan və Cəlilli kəndlərində içməli su layihəsi həyata keçirir.
"Report" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, kəndlərə içməli suyun Tovuz şəhərinin şəbəkəsindən verilməsi layihələndirilib. Bu məqsədlə Düz Cırdaxan kəndindən keçməklə Cəlilli kəndinə qədər 3,7 kilometr uzunluğunda magistral kəmərin, eyni zamanda, kəndlərdə 2 kilometr paylayıcı su xətlərinin və əhalinin ümumi istifadəsi üçün 19 ədəd bulağın quraşdırılması nəzərdə tutulur. Hazırda magistral kəmərin tikintisi davam etdirilir.
Son xəbərlər
00:21
Foto
Cəlilabadda transformator partlayıb, yanğın baş verib
Hadisə00:13
Məsud Pezeşkian: İranın region ölkələri ilə münasibətləri yaxşılaşır
Region23:57
ABŞ-da qırıcılar Trampın qolf klubu üzərində təyyarələri ələ keçirib
Digər ölkələr23:34
Almaniya dronlarla mübarizə üzrə xüsusi bölmənin sayını ikiqat artıracaq
Digər ölkələr23:17
Kanadada meşə yanğınları səbəbindən insanlar helikopterlərlə təxliyə edilir
Digər ölkələr22:47
Britaniyada 30 dərəcədən yuxarı temperatur günlərinin sayında rekord qeydə alınıb
Digər ölkələr22:25
İranda Milli Təhlükəsizlik Şurasına katib təyin edilib
Region22:09
Tramp İranla razılaşma əldə olunması perspektivlərini şərh edib
Digər ölkələr21:45