SPECA şəhərləri "yaşıl nəqliyyat" və rəqəmsal həllər üzrə əməkdaşlıq edəcək

İnfrastruktur
  • 20 may, 2026
  • 12:42
SPECA şəhərləri yaşıl nəqliyyat və rəqəmsal həllər üzrə əməkdaşlıq edəcək

BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) şəhərləri "yaşıl nəqliyyat" və rəqəmsal həllər üzrə əməkdaşlıq edəcək.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd BəşirliBakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Bağlantının mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda tədbirdə deyib.

Onun sözlərinə görə, platforma çərçivəsində "ağıllı" və dayanıqlı şəhərsalma, "yaşıl ictimai nəqliyyat", enerji səmərəli rəqəmsal həllər və şəhərlərin yaşıllaşdırılması üzrə birgə layihələr həyata keçiriləcək: "Forum vasitəsilə şəhərlər arasında məlumat mübadiləsi və vahid göstərici sistemi də formalaşdırılacaq. Universitetlər, analitik mərkəzlər və bələdiyyələr arasında əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Bu əməkdaşlıq region şəhərlərinin iqlim risklərinə qarşı daha dayanıqlı olmasına töhfə verəcək".