"SilkWay Italia" aviaşirkəti "Boeing-747" tipli yük təyyarəsi alıb

İnfrastruktur
  • 13 yanvar, 2015
  • 07:27
SilkWay Italia aviaşirkəti Boeing-747 tipli yük təyyarəsi alıb

Bakı. 13 yanvar. REPORT.AZ/ "SilkWay Italia" Azərbaycan-İtaliya aviaşirkəti ilk "Boeing-747-400" tipli yük təyyarəsi alıb.

"Report" "ch.aviation"a istinadən xəbər verir ki, aviaşirkət hazırda  İtaliya Mülki Aviasiya xidmətindən cavab gözləyir, bundan sonra Bakı Hava Limanı vasitəsilə  Milan və Honkonq arasında yükdaşınmalarına başlamaq niyyətindədir.   

Daha sonra "SW Italia" Braziliya, Meksika, CAR, ABŞ-a uçuşları həyata keçirməyi planlaşdırır. 

Qeyd edək ki, "SW Italia" İtaliya investorları İnasio Koraçi və Framçesko Rebuado (58% pay iştirakı) və Azərbaycanın "SilkWay Airlines" aviaşirkətinin (42%) iştirakı ilə müştərək şirkətdir. 

44 - Tezliklə