EHF Avropa Kuboku: "Kür" APOEL-i ikinci oyunda da məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb

Komanda
  • 11 oktyabr, 2026
  • 18:31
EHF Avropa Kuboku: Kür APOEL-i ikinci oyunda da məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb

Qadınlardan ibarət "Kür" həndbol komandası EHF Avropa Kubokunun növbəti oyununda da qələbə qazanıb.

"Report"un Mingəçevirə ezam olunan əməkdaşı xəbər verir ki, Azərbaycan təmsilçisi turnirin II təsnifat mərhələsinin cavab görüşündə Kiprin APOEL kollektivi ilə üz-üzə gəlib.

"Kür" Olimpiya Tədris-İdman Mərkəzindəki Mingəçevir klubunun qələbəsi ilə yekunlaşıb - 39:13.

Ötən gün eyni arenada rəqibini 40:18 hesabı ilə üstələyən "Kür" növbəti mərhələyə vəsiqə qazanıb.

Komandanın III təsnifat mərhələsindəki rəqibi oktyabrın 13-də müəyyənləşəcək.