Sabah Bakının Mir Cəlal və Hüseyn Seyidzadə küçələrində su kəsiləcək

İnfrastruktur
  • 02 may, 2018
  • 12:39
Sabah Bakının Mir Cəlal və Hüseyn Seyidzadə küçələrində su kəsiləcək

Bakı. 2 may. REPORT.AZ/ Bakının Mir Cəlal və Hüseyn Seyidzadə küçələrində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar mayın 3-də gün ərzində 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci mikrorayonlara içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə "Report"a “Azərsu” ASC-dən məlumat verilib. 

Yaranacaq narahatlıqla əlaqədar qurum abunəçilərdən üzr istəyir.