Rövşən Rüstəmov: “Gələn il Bakı-Sumqayıt istiqamətində yeni “ekspress” qatar xəttə buraxılacaq”

İnfrastruktur
  • 12 dekabr, 2023
  • 10:17
Rövşən Rüstəmov: “Gələn il Bakı-Sumqayıt istiqamətində yeni “ekspress” qatar xəttə buraxılacaq”
Rövşən Rüstəmov

Gələn il Bakı-Sumqayıt-Bakı istiqamətində yeni “ekspress” qatar xəttə buraxılacaq.

“Report” xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında bildirib.

R.Rüstəmov deyib ki, yeni qatarlar 5 vaqondan ibarət olacaq: “Bu il artıq 5 vaqondan ibarət qatar xəttə buraxılıb. Sonra da həmin qatarda vaqonların sayını 7-yə qaldırdıq. İlin sonuna qədər daha bir vaqon əlavə edib bu rəqəmi 8 vaqona çatdıracağıq”.

44 - Tezliklə