Qrinspen: Şəxsi mənzilə sahib olmaq cəmiyyətdə sabitliyin təminatında əsas şərtdir

İnfrastruktur
  • 22 may, 2026
  • 13:34
Qrinspen: Şəxsi mənzilə sahib olmaq cəmiyyətdə sabitliyin təminatında əsas şərtdir

Şəxsi mənzilə sahib olmaq insan ləyaqətinin əsası və cəmiyyətdə sabitliyin təmin edilməsi üçün əsas şərtdir.

"Report" xəbər verir ki, bu barədə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) Baş katibi Rebeka Qrinspen Bakıda WUF13 çərçivəsində keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, mənzil və dəstəkləyici icma olmadan dövlətlər qaçılmaz olaraq daxili sarsıntılar, zorakılığın artması və vətəndaşların mövcud sistemdən dərin məyusluğu ilə üzləşirlər:

"Rəsmi ünvanın olması həlledici əhəmiyyətə malikdir, çünki vətəndaşın əsl statusu məhz bu andan başlayır. Ev insan ləyaqətinin formalaşdığı və eyni zamanda sabit cəmiyyətin özəyi olan bir məkandır".

Qrinspen həmçinin 1990-cı illərdə Kosta-Rikanın mənzil tikintisi naziri vəzifəsində şəxsi iş təcrübəsini bölüşərək qeyd edib ki, bu fəaliyyət onun karyerasında ən çətin, lakin eyni zamanda ən faydalı iş olub, çünki mənzil əldə etməyin insanların həyatını keyfiyyətcə necə dəyişdiyini əyani şəkildə görməyə imkan verib.

44 filmi