Qara dənizdə fəaliyyət göstərən Azərbaycan gəmisinin operatorlarının sayı artırılacaq
- 01 iyun, 2022
- 14:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində Qara dənizdə Azərbaycana məxsus “Şair Vaqif” fider gəmisinin operatorlarının sayı artırılacaq.
Bunu “Report”a Trans-Xəzər -Beynəlxalq-Tranzit Marşutu Assosiasiyanın Baş katibi Qaydar Abdikərimov deyib.
Onun sözlərinə görə, bu yaxınlarda Poti və Konstansiya limanları arasında birbaşa əlaqəni təmin edən fider gəmisini istifadəyə vermişik: “Biz bunun tətbiqi ilə bağlı uzun müddət müzakirələr aparmışıq. Nəhayət ki, biz bunu istifadəyə verdik. Bunun opeatoru “ADY Konteyner” MMC-dir. Lakin keyfiyyət rəqabətə səbəb olur və buna görə, biz bir neçə operatoru işə salmaq istəyirik. Bu bizə imkan yaradacaq ki, müraciət edilən yük həcmlərini rahatlıqla daşıya bilək”.
Xatırladaq ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Şair Vaqif” gəmisi ilə Gürcüstanın Poti və Rumıniyanın Konstanta limanları arasında mayın 7-dən etibarən fider daşımaları həyata keçirilməyə başlanılıb.
ASCO və “ADY Konteyner” MMC-nin birgə layihəsi əsasında Qara dənizdə müntəzəm fider daşımalara cəlb olunan “Şair Vaqif” quru yük gəmisi eyni vaxtda 225 ədəd 20 futluq konteyner daşımaq gücünə malikdir. Gəminin uzunluğu 140,33 metr, eni 16,5 metrdir. Bu gəmi ilə əsas yük kimi Avropa-Çin-Avropa və Avropa-Mərkəzi Asiya-Avropa istiqamətlərindən tranzit yüklərin daşınması nəzərdə tutulub.