Orta Dəhliz vasitəsilə Fransadan Özbəkistana böyük həcmdə yük çatdırılıb

İnfrastruktur
  • 17 fevral, 2026
  • 15:13
Orta Dəhliz vasitəsilə Fransadan Özbəkistana böyük həcmdə yük çatdırılıb

Kanat yolunun tikintisi üçün 80 ton xüsusi kabel Orta Dəhliz vasitəsilə Fransadan Özbəkistana çatdırılıb.

"Report" xəbər verir ki, bu barədə "Rhenus Logistics" şirkətinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə layihə rəhbəri Aleksandra Oqneva sosial şəbəkə hesabında məlumat yayıb.

"Mərkəzi Asiyadakı həmkarlarımız bu yaxınlarda kanat yolunun tikintisi üçün 80 ton xüsusi kabelin çatdırılmasını təşkil ediblər - bu elə bir layihədir ki, burada çatdırılma müddəti və dəqiqliyi yük götürmə qabiliyyəti qədər əhəmiyyət kəsb edir. Yük Aralıq dənizinin Set limanından (Fransa) yola düşüb, daha sonra İstanbuldan keçərək Orta Dəhliz üzrə Ələt (Azərbaycan) və Türkmənbaşı vasitəsilə tranzit keçib, Türkmənistanın çöl bölgələrini qət edərək Daşkəndə çatıb.

Bu cür layihələr göstərir ki, Orta Dəhliz tədricən bütün region üçün etibarlı logistik dayağa çevrilir", - A. Oqneva qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti