Mask hər il ABŞ-dəki uşaqlara "SpaceX" səhmlərini hədiyyə edəcəyinə söz verib

Digər ölkələr
  • 27 noyabr, 2026
  • 03:11
Mask hər il ABŞ-dəki uşaqlara SpaceX səhmlərini hədiyyə edəcəyinə söz verib

Amerikalı sahibkar İlon Mask hər il ABŞ-dəki hər uşağa "SpaceX" aerokosmik şirkətinin bir səhmini hədiyyə etmək niyyətində olduğunu bildirib.

"Report" xəbər verir ki, bu barədə milyarder "X" sosial şəbəkəsində yazıb.

"Mən hər il Amerikadakı bütün uşaqlara bir səhm hədiyyə edəcəyəm", - Mask bildirib.

Daha əvvəl sahibkar qeyd etmişdi ki, ABŞ-də hər bir uşaq "SpaceX"in iki səhmini alacaq - birini şirkətdən, digərini isə şəxsən ondan. Daha sonra Mask dəqiqləşdirib ki, uşaqlar ilk səhmi artıq 2026-cı ilin dekabrında alacaqlar.

"CNBC" telekanalının məlumatına görə, "SpaceX"in təxminən 4,8 milyard səhmi Maska məxsusdur.

44 filmi