Oriol İlya: Mənzil sosial hüquq kimi deyil, daha çox investisiya aktivi kimi nəzərdən keçirilir
- 22 may, 2026
- 11:20
Yeniliklərdən dərhal xəbərdar olun!
Daşınmaz əmlak bazarında spekulyasiyalar və qısamüddətli icarənin artması Avropanın böyük şəhərlərində mənzil hüququ üçün əsas təhdidlərdən birinə çevrilir.
"Report"un məlumatına görə, bunu Barselona paytaxt regionu administrasiyasının (Area Metropolitana de Barcelona) nümayəndəsi Oriol İlya Bakıda WUF13 çərçivəsində keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, mənzil getdikcə daha çox investisiya aktivi kimi nəzərdən keçirilir, sosial hüquq kimi deyil, bu da uzunmüddətli icarənin azalmasına və sakinlərin şəhərlərin mərkəzi rayonlarından sıxışdırılmasına gətirib çıxarır.
"Qısamüddətli icarənin gəlirliliyi mənzilin uzunmüddətli kirayəyə verilməsindən əldə edilən gəliri xeyli üstələyir, bu da şəhər sakinlərinin maraqlarına mənfi təsir göstərir", - o deyib.
İlya vurğulayıb ki, bu cür proseslər centrifikasiya, sosial fraqmentasiya və meqapolislərin periferiya rayonlarına təzyiqin güclənməsinə səbəb olur.