Omar əl-Nahar: Qlobal çağırışlar şəhərlərin dayanıqlı inkişafının yeni modellərini tələb edir
- 17 may, 2026
- 14:19
Yeniliklərdən dərhal xəbərdar olun!
Dünyadakı qeyri-sabit vəziyyət beynəlxalq ictimaiyyətin qarşısında şəhərlərin dayanıqlığının artırılmasına, eləcə də dayanıqlı inkişaf modellərinin praktiki şəkildə tətbiqinə yönəlmiş alətlərin formalaşdırılması vəzifəsini qoyur.
"Report" xəbər verir ki, bu barədə İordaniyanın Azərbaycandakı səfiri Omar əl-Nahar Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) zamanı nazirlərin dəyirmi masası çərçivəsində bildirib.
Diplomat WUF13-ün ölkə paytaxtında təşkilinə görə Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirərək bu əhəmiyyətli beynəlxalq tədbirə hazırlığın yüksək səviyyədə olduğunu qeyd edib:
"WUF13 dünyada vəziyyətin sürətlə dəyişdiyi və mürəkkəb olduğu bir dövrdə keçirilir. Hazırda dünya bir çox problemlərlə üz-üzədir: iqtisadi böhranlar, iqlim dəyişikliyi, təbii fəlakətlərin artması və Yaxın Şərqdə, həmçinin başqa bölgələrdə davam edən müharibələr. Bu amillər şəhərlərə və onların mənzilə olan artan tələbatını təmin etmək imkanlarına xeyli yük yaradır. Mövcud vəziyyət faktiki olaraq beynəlxalq ictimaiyyəti şəhərlərin dayanıqlığının möhkəmləndirilməsinə kömək edən mexanizmlər yaratmağa və dayanıqlı inkişaf modellərini həyata keçirməyə məcbur edir".