NİİM: Yollarda sıxlığın yaranmaması məqsədilə tədbirlər görülür

İnfrastruktur
  • 16 sentyabr, 2024
  • 04:06
NİİM: Yollarda sıxlığın yaranmaması məqsədilə tədbirlər görülür

Hazırda paytaxtın müxtəlif küçə və prospektlərində yerləşən təhsil ocaqlarının yaxınlığında yollarda sıxlığın yaranmaması məqsədilə tədbirlər görülür.

Bu barədə “Report”a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Qeyd edilir ki, mərkəzin gücləndirilmiş iş rejimində çalışan əməkdaşları yol polisi ilə mütəmadi əlaqədədir.