Müşavir: "Ro-Pax" tipli iki müasir bərənin tikintisi üzrə işlər sürətlə davam etdirilir"

İnfrastruktur
  • 08 oktyabr, 2018
  • 13:36
Müşavir: Ro-Pax tipli iki müasir bərənin tikintisi üzrə işlər sürətlə davam etdirilir

Bakı. 8 oktyabr. REPORT.AZ Hazırda Bakı Gəmiqayırma Zavodunda Odessa "Dəniz Mühəndisliyi Bürosu" tərəfindən xüsusi olaraq "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin tələbatları üçün işlənib hazırlanan və layihələşdirilən "Ro-Pax" tipli iki müasir tipli bərənin tikintisi üzrə işlər tam sürəti ilə gedir.

Bu barədə "Report"a açıqlamasında Ukraynanın Azərbaycandakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Sergey Ştilyuk bildirib.   

Onun sözlərinə görə, hazırda ilk belə bərənin tikintisinin 2019-cu, ikincinin isə 2020-ci ildə yekunlaşdırılması üzrə işlər davam etdirilir: O məlumat verib ki, növbəti mərhələdə isə Odessa "Dəniz Mühəndisliyi Bürosu" Azərbaycan bazarına daxil olaraq iki tankerin layihəsini reallaşdıracaq, bu isə 8000 ton neft və neft məhsullarının daşınmasına xidmət edəcək. 

44 - Tezliklə