Kəngərli rayonunun 3 kəndinə gedən yolda yenidənqurma işlərinə başlanılıb

İnfrastruktur
  • 25 aprel, 2023
  • 17:14
Kəngərli rayonunun 3 kəndinə gedən yolda yenidənqurma işlərinə başlanılıb

Kəngərli rayonunun 3 kəndinə gedən yolda yenidənqurma işlərinə başlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, rayonunun Təzəkənd, Xıncab və Çalxanqala kəndlərinə, eləcə də muxtar respublikanın iri sənaye obyektlərindən olan Sement Zavoduna və Duz İstehsalı Müəssisəsinə gedən yolda yenidənqurma işləri aparılır.

Yolun 2,5 min metrlik hissəsinə yeni asfalt örtüyünün verilməsi nəzərdə tutulur. Bu məqsədlə yol yatağında müvafiq mühəndis-texniki, hamarlama və bərkitmə işləri aparılır.

Yoldan yenidənqurma işləri başa çatdıqdan sonra Sement Zavodu və Duz İstehsalı Müəssisəsinə, eləcə də Kəngərli rayonunun həmin istiqamətdə yerləşən yaşayış məntəqələrinə gediş-gəliş daha rahat və təhlükəsiz olacaq.

44 - Tezliklə