Kayrat Sarıbay: "CICA üzv dövlətlərin limanlarla bağlı əməkdaşlığına dəstək verməyə hazırdır"

İnfrastruktur
  • 09 sentyabr, 2026
  • 11:14
Kayrat Sarıbay: CICA üzv dövlətlərin limanlarla bağlı əməkdaşlığına dəstək verməyə hazırdır

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) Katibliyi öz mandatı və mövcud resursları çərçivəsində üzv dövlətlər arasında kommunikasiya və informasiya mübadiləsinə kömək etməyə, eləcə də bugünkü konfransın yekunlarına əsasən qəbul edilmiş tövsiyələrin həyata keçirilməsini dəstəkləməyə hazırdır.

"Report" xəbər verir ki, bu barədə CICA-nın baş katibi Kayrat Sarıbay Bakıda keçirilən "Limanların regional bağlantı və strateji əməkdaşlıqdakı rolu" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

"Ümid edirik ki, bugünkü müzakirələr davamlı peşəkar əlaqələrin qurulmasına, texniki görüşlərin keçirilməsinə və gələcək təşəbbüslərin işə salınmasına gətirib çıxaracaq. Əminəm ki, bu konfrans praktiki nəticələr verə və bütün CICA regionunda əməkdaşlıq üçün daha möhkəm təməl yarada bilər", - o qeyd edib.