"İrAero" iyulda Moskvadan Qəbələyə birbaşa uçuşlara başlayacaq
İnfrastruktur
- 29 may, 2025
- 15:16
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiyanın "İrAero" aviaşirkəti iyulun 2-dən Moskva – Qəbələ – Moskva marşrutu üzrə birbaşa uçuşlar həyata keçirməyə başlayacaq.
“Report” aviadaşıyıcıya istinadən xəbər verir ki, uçuşlar həftədə bir dəfə - çərşənbə günləri “SSJ-100” tipli təyyarələrlə həyata keçiriləcək.
Moskvanın Domodedovo hava limanından uçuş yerli vaxtla saat 11:00-a, Qəbələyə gəliş isə saat 15:20-yə planlaşdırılıb. Qəbələdən əks istiqamətdə uçuş həmin gün saat 16:20-də həyata keçiriləcək və Moskvaya gəliş saat 18:40-da olacaq.
Uçuşlar sentyabrın 10-na qədər həyata keçiriləcək.
Qeyd edək ki, iyunun 19-dan etibarən Macarıstanın “Wizz Air” aviaşirkəti də Əbu-Dabidən Qəbələyə uçuşlar həyata keçirməyə başlayacaq.
Son xəbərlər
09:19
Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib
Xarici siyasət
09:00
FIBA Çempionlar Liqası: "Sabah" komandası bu gün Bakıda "Trabzonspor"la üz-üzə gələcək
Komanda
08:53
Qubada avtomobil aşıb, ölən və yaralılar var
Hadisə
08:48
Rusiyanın Tomsk vilayətində 115 ayı ovlanıb
Region
08:29
Malayziyada sel nəticəsində 8 nəfər itkin düşüb
Digər ölkələr
08:08
WSJ: ABŞ və Çin Rusiya ilə sammitin keçirilməsi məsələsində fikir ayrılığına düşüb
Digər ölkələr
07:52
Səudiyyə Ərəbistanı koalisiyası Ər-Riyada atılan ballistik və qanadlı raketləri zərərsizləşdirib
Digər ölkələr
07:17
Autizmlə əlaqəli ola biləcək yeni genetik dəyişikliklər aşkarlanıb
Sağlamlıq
06:50
ABŞ-də nar şirəsi zavodunda kimyəvi sızma olub, 58 nəfər zəhərlənib
Digər ölkələr