İİTKM Zəngəzur dəhlizinin elmi əsaslandırılmasını hazırlayıb

İnfrastruktur
  • 16 yanvar, 2023
  • 08:33
İİTKM Zəngəzur dəhlizinin elmi əsaslandırılmasını hazırlayıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Zəngəzur dəhlizinin elmi əsaslandırılmasını hazırlayıb.

"Report" xəbər verir ki, bunu qurumun icraçı direktoru Vüsal Qasımlı Mərkəzin 2022-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfrasında bildirib.

"Biz göstərmişik ki, Ermənistanın təqdim etdiyi müxtəlif yol marşrutları uyğunsuzdur, ölkə prezidentinin təqdim etdiyi, Ordubadla Zəngilanı birləşdirən 44 km-lik yol daha əhəmiyyətlidir. Biz bunun iqtisadi əsaslandırmasını təqdim etmişik", - deyə o qeyd edib.