IIED: Qaçqınların şəhərlərdən təcrid edilməsi prinsipial səhvdir

İnfrastruktur
  • 21 may, 2026
  • 10:55
IIED: Qaçqınların şəhərlərdən təcrid edilməsi prinsipial səhvdir

Qaçqın düşərgələri hərəkət azadlığı və iş yerlərinə çıxış olmadan şəhərlərə çevrilə bilməz.

"Report" xəbər verir ki, bunu Beynəlxalq Ətraf Mühit və İnkişaf İnstitutunun (IIED) tədqiqat və strateji təsir üzrə direktoru Lüsi Erl Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Böhrandan sonra mənzil bərpa və yenidənqurma işlərinin mərkəzindədədir" mövzusunda panel müzakirəsində bəyan edib.

Onun sözlərinə görə, köçürülmüş insanların şəhərlərdən və dolanışıq mənbələrindən uzaqda yerləşdirilməsi prinsipial səhvdir:

"Qaçqın düşərgələri qəsdən iş yerlərindən, əkin sahələrindən və ticarət yollarından mümkün qədər uzaqda yerləşdirilir ki, bu da onların tam hüquqlu yaşayış məntəqələrinə çevrilməsini qeyri-mümkün edir. Qaçqın düşərgəsində evə bənzər bir şey qurmaq olar, lakin insanların hərəkət azadlığı və dolanışıq qazanmaq imkanı yoxdursa, bu yer şəhərə çevrilməyəcək".

L.Erl məcburi köçkünlükdən zərər çəkmiş insanların artıq mövcud olan şəhərlərin həyatına daxil edilməsinə çağırıb.