Gəncə-Alabaşlı mənzilində 7,2 km-lik dəmir yolunun əsaslı təmirinə başlanılıb

İnfrastruktur
  • 27 mart, 2018
  • 05:46
Gəncə-Alabaşlı mənzilində 7,2 km-lik dəmir yolunun əsaslı təmirinə başlanılıb

Bakı. 27 mart. REPORT.AZ/ Bakı-Böyük Kəsik dəmir yolu xəttinin əsaslı təmiri çərçivəsində Gəncə-Alabaşlı mənzilində 7,2 km-lik yolun əsaslı təmirinə başlanılıb. 

"Report" "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir ki, bir həftə davam edəcək təmir işlərini "5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi" MMC-nin kollektivi həyata keçirir.

Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədi ilə, ADY ilə Çexiyanın “MORAVİA STEEL” şirkəti arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə saziş imzalanıb. Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 475 km dəmir yolu əsaslı təmir olunub.