Gəmiçiliyin “Dağıstan” gəmi-bərəsinin modernləşdirilməsi yekunlaşıb
- 05 aprel, 2018
- 08:51
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 5 aprel. REPORT.AZ/ Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə məxsus “Dağıstan” gəmi-bərəsi modernləşdirilib.
Qurumdan “Report”a verilən məlumata görə, bərənin modernləşdirilməsi bir il müddətində tam olaraq Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin mühəndis-texniki personalı tərəfindən “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda reallaşdırılıb.
Bildirilib ki, modernləşdirmə işlərinin yekununda “Dağıstan” gəmi-bərəsi dəniz sınağından uğurla keçib.
Modernləşdirilmiş “Dağıstan” gəmisi Xəzərdə yeganə bərə operatoru olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin bərə donanmasında yer alıb. Gəminin artıq Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə istismarına start verilib.
Uzunluğu 154,5 metr, eni 18,3 metr olan “Dağıstan” gəmisi 1984-cü ildə keçmiş Yuqoslaviyanın (indiki Xorvatiya) Pula şəhərində tikilib.
“Dağıstan” bərəsinin yükgötürmə qabiliyyəti 2 425 tondur. İşlər çərçivəsində bərənin iki avtomobil və bir vaqon göyərtəsi də əsaslı şəkildə təmir olunub və rənglənib. İşıqlandırma sistemləri tamamilə dəyişdirilib.