Frank D'Ondt: Dünyada Yeni Şəhər Gündəliyinin həyata keçirilməsi üçün mütəxəssis çatışmazlığı var
- 21 may, 2026
- 14:25
Yeniliklərdən dərhal xəbərdar olun!
Dünyada Dayanıqlı İnkişaf Məqsədlərinin və Yeni Şəhər Gündəliyinin müddəalarının uğurla həyata keçirilməsi üçün şəhər planlaşdırması üzrə mütəxəssislərin çatışmazlığı müşahidə olunur.
"Report"un məlumatına görə, bunu Beynəlxalq Şəhər və Regional Planlaşdırıcılar Cəmiyyətinin (ISOCARP) nümayəndəsi Frank D'Ondt Bakıda WUF13 çərçivəsində keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, bu gün beynəlxalq təcrübədə qlobal bazarda urbanistika və regional planlaşdırma sahəsində çalışan peşəkar kadrların sayına dair statistika belə mövcud deyil.
Frank D'Hondt izah edib ki, Habitat Professionals Forum şəhərsalma və yaşayış məntəqələrinin inkişafı sahəsində 15 milyondan çox peşəkarı birləşdirsə də, bu sayın yalnız cüzi bir hissəsi şəhər planlaşdırması üzrə mütəxəssislərdir. "Bu ekspertlər dünya ictimaiyyətinin davamlı şəhər inkişafı sahəsindəki gözləntilərini doğrultmaq üçün sadəcə fiziki baxımdan kifayət deyil", - natiq vurğulayıb.
ISOCARP nümayəndəsinin sözlərinə görə, problem şəhərlərin sürətli böyüməsi, xüsusilə Qlobal Cənub ölkələrində daha da kəskinləşir.
Bu böhranın aradan qaldırılması üçün peşəkar beynəlxalq təşkilatlar kadr potensialının genişmiqyaslı inkişafına və gənc mütəxəssislərin hazırlanmasına yönəlmiş daha dərin tərəfdaşlıq əlaqələri qurmalıdırlar.