Eskpert: "Urbanizasiya şəhərlərdə dayanıqlı iqtisadi artımı təmin etməlidir"

İnfrastruktur
  • 20 may, 2026
  • 10:28
Eskpert: Urbanizasiya şəhərlərdə dayanıqlı iqtisadi artımı təmin etməlidir

Dünya Bankı həm geoməkan məlumatlarının həm istehsalçısı, həm də istehlakçısıdır.

"Report" xəbər verir ki, bunu Dünya Bankının Şəhər inkişafı məsələləri üzrə aparıcı iqtisadçısı Mark Roberts Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Davamlı şəhər böyüməsi üçün geoməkan kəşfiyyatı: mənzil tikintisinin iqtisadi potensialının açılması" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, Dünya Bankı bu məlumatları siyasi dialoqun informasiya təminatı, eləcə də bəzi əməliyyat vəzifələri üçün istifadə edir: "İnkişaf etməkdə olan dünya sürətlə urbanizasiya olunur. Məsələn, Saharadan cənubdakı Afrika dünyanın ən sürətlə urbanizasiya olunan regionudur. Proqnozlara görə, yaxın 25 ildə regionun şəhər əhalisi 742 milyon nəfər artacaq və şəhər əhalisinin ümumi sayı 1,7 milyarda çatacaq. Əsas vəzifə bu sürətli artımın şəhərlərin dayanıqlı iqtisadi artımına çevrilməsini təmin etməkdir".

İqtisadçının sözlərinə görə, bu vəzifənin çoxsaylı aspektləri var: "Onlardan biri urbanizasiyanın məhsuldarlıq baxımından potensial faydalarını və deməli, iqtisadi artım üçün faydalarını sarsıdan xaotik, fraqmentar urbanizasiya modelləri probleminin həllidir. Dayanıqlı şəhər artımı haqqında düşünərkən biz həmçinin müxtəlif təhlükə növlərini, o cümlədən iqlim dəyişikliyi ilə bağlı və ya digər təbii təhdidləri, məsələn, daşqınlara artan meyillilik, eləcə də şəhər istiliyi kimi təhdidləri və başqalarını nəzərə alırıq".