Elşad İsgəndərov: Azərbaycan postmünaqişə əraziləri üçün iqlim həllərinin təşviqinə kömək edir

İnfrastruktur
  • 19 may, 2026
  • 13:11
Elşad İsgəndərov: Azərbaycan postmünaqişə əraziləri üçün iqlim həllərinin təşviqinə kömək edir

Azərbaycan postmünaqişə ərazilərinin dəstəklənməsinə yönəlmiş iqlim həllərini fəal şəkildə təşviq edir.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Qeyri-sabit və münaqişədən təsirlənmiş rayonlarda şəhər həlləri vasitəsilə iqlimə sülhyönümlü müsbət təsir" adlı panel sessiyasında bildirib.

"İqlim risklərinə məruz qalan postmünaqişə dövlətləri mövcud problemlərin həlli üçün tələb olunandan 100 dəfə az maliyyə vəsaiti alırlar. COP29-un yekunlarına əsasən təsis edilmiş Bakı habı bu boşluğun aradan qaldırılmasına yönəlib və artıq Çad, Qambiya və Qvineya-Bisau ilə anlaşma memorandumlarının imzalanmasını təmin edib", - diplomat vurğulayıb.

44 filmi