Əli Əl-Əhməd: "Wafi" proqramımız tikintisi tamamlanmamış mənzil satışında etimadı artırır"
- 21 may, 2026
- 11:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Səudiyyə Ərəbistanının "Wafi" proqramı tikintisi tamamlanmamış mənzillərin satışında etimadı artırır.
"Report" xəbər verir ki, bunu ölkənin Bələdiyyələr və Mənzil Nazirliyinin Təchizat Zənciri üzrə baş direktoru Əli Əl-Əhməd Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Mənzil Maliyyələşdirilməsi üçün Yeni Razılaşma" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, mənzil maliyyələşdirmə sistemləri indeksləşdririlməsi mütləq dövlət sektoru ilə özəl sektor arasında bölüşdürülən bir məsuliyyətdir, lakin ilk öncə milli hökumətdən başlamalıdır: "Səudiyyə Ərəbistanında milli hökumətin başlatdığı ən uğurlu proqramlardan biri "Wafi" proqramıdır, yaxud ingiliscə buna "Trustee" (Etibarlı şəxs/Qəyyum) deyə bilərsiniz. Bu, layihədən satış (tikintisi başa çatmamış mənzillərin satışı) proqramıdır. Yəni hökumət layihədən mənzil alan istənilən Səudiyyə vətəndaşının hüquqlarını qorumaq üçün prosesə nəzarət edir, şərait yaradır, monitorinq aparır və təminat verir. Bu o deməkdir ki, vətəndaş evi indi alır və ev tikildikdən 36 ay sonra, yəni sonradan köçür. Daşınmaz əmlak müqaviləçisi və ya podratçısı üçün hesabın açılmasından tutmuş həmin evin tikilməsinə qədər hər şey hökumət tərəfindən bu proqram vasitəsilə monitorinq olunur. Həmçinin, yararlanan şəxsin biznes və ya bank hesabından gələn taksitlərin (hissə-hissə ödənişlərin) rahat, sadələşdirilmiş bir proses və ardıcıllıqla yararlanan şəxsdən daşınmaz əmlak müqaviləçisinə və yaxud podratçısına ötürülməsi təmin edilir. Beləcə, onun öz evini müqavilədə vəd edilmiş vaxtda – üç il ərzində təhvil alacağına zəmanət verilir".
"Proqram özəl sektorun dövlət sektoruna qoşulmasına və həm hökumətdən, həm də özəl sektordan layihədən mənzil alan yararlanıcıların daşınmaz əmlak kreditlərinin subsidiyalaşdırılmasına olan inamı 200 % artırıb. Demək istəyirəm ki, Səudiyyə Ərəbistanındakı 13 bankın hamısı, səhv etmirəmsə, 9-10 il əvvəl bu proqram Səudiyyə Ərəbistanı tərəfindən fəaliyyətə başladıqdan dərhal sonra layihədən satışlara həsr olunmuş yeni şöbələr yaradıb", - deyə qonaq əlavə edib.