Ədalət Muradov: "Milli Fəaliyyət Planının məqsədi iqtisadi artıma təkan verməkdir"

İnfrastruktur
  • 14 oktyabr, 2026
  • 11:54
Ədalət Muradov: Milli Fəaliyyət Planının məqsədi iqtisadi artıma təkan verməkdir

Milli Fəaliyyət Planının əsas məqsədi ölkənin iqtisadiyyatına özəl investisiyaların, innovasiyaların təmin edilməsi və dayanıqlı iqtisadi artıma təkan verməkdir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov Bakıda keçirilən III Milli Rəqabət Forumunda bildirib.

Onun sözlərinə görə, Milli Fəaliyyət Planı əvvəlki bir sıra sənədlərlə müqayisədə çoxlu yeniliklərə malikdir: "Fəaliyyət Planının əsas üstünlüyü ondan ibarətdir ki, bu Plan icrayönümlü bir Fəaliyyət Planıdır. Bu kimi sənədlərdən fərqli olaraq burada xüsusilə Fəaliyyət Planının prioritetlərində qarşıda duran prioritetlər və onların əsaslandırılması verilib. Həmin prioritetlərə nail olmaq üçün tədbirlər planı, tədbirlər göstərilib və hədəflənən nəticələr və nəticə indikatorları göstərilib. Ən vacibi odur ki, ehtimal oluna bilən risklər və həmin risklərin neytrallaşdırılmasına dair də Fəaliyyət Planında ciddi yer ayrılıb və fikrimizcə, bu sadaladıqlarım Fəaliyyət Planının uğura məhkum olmasının bir göstəricisidir".

Rektor əlavə edib ki, sənədin bir fərqli cəhəti var ki, bu sənəd elm tutumluluğu ilə bağlı, elmə güvənmə baxımından ona oxşar sənədlərdən tamamilə fərqlidir: "Elm tutumluluğu baxımından Azərbaycanda bu sənədə rəqib sənəd tapmaq çətindir. Milli Fəaliyyət Planında prioritet məhsul bazarlarında rəqabət mühitinin diagnostikası, təkmil metodologiyanın hazırlanması, ölkə və regionlar üzrə rəqabətin inkişaf səviyyəsini ölçən indikatorlar sisteminin yaradılması nəzərdə tutulub. Əminliklə deyə bilərəm ki, bu işi yerinə yetirə biləcək ən uyğun qüvvə məhz elmdir. Elmi tədqiqatlar və elm adamlarının bu fəaliyyətə cəlb edilmədən düşünürəm ki, qəbul edilmiş standartlara cavab verən bu diagnostika, metodologiya və rəqabət göstəricisinə əks etdirilən indikatorların hazırlanması çox çətin olacaq".

44 filmi