Dövlət Su Ehtiyatları Agentliyinin sədri Yevlaxda vətəndaşları qəbul edib
- 18 avqust, 2023
- 12:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Yevlax rayonunda vətəndaşları qəbul edib.
"Report" quruma istinadən xəbər verir ki, qəbulda Yevlax rayonu ilə yanaşı, Mingəçevir şəhəri və digər rayonlardan olan sakinlər iştirak edib.
Z.Mikayılov qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, kanalların beton üzlüyə alınması, suvarma suyunun limitinin artırılması, yeni subartezian quyularının qazılması, içməli suya olan tələbatın ödənilməsi, kanalizasiya sistemlərinin yenidən qurulması və digər məsələlərlə bağlı olub.
Vətəndaşların müraciətlərinin bir qismi dərhal həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.