Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Şəmkirdə vətəndaşları qəbul edib

İnfrastruktur
  • 13 iyul, 2023
  • 13:28
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Şəmkirdə vətəndaşları qəbul edib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Şəmkir şəhərində, Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edib.

Bu barədə "Report"a Komitədən bildirilib.

Məlumata görə, qəbulda vətəndaşların əsasən qeyri-yaşayış obyektlərinin layihələndirilməsi və tikintisinə dair normativlər, tikintiyə və istismara icazə icraatlarının prosedurları barədə sualları cavablandırılıb. Komitənin fəaliyyət dairəsinə aid digər müraciətlər qeydiyyata alınıb, diqqətlə araşdırılması, qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün lazımi tapşırıqlar verilib.

Bundan başqa, A.Quliyev Şəmkir rayon İcra Hakimiyyətinin başçısı, habelə Gədəbəy rayon İcra Hakimiyyətinin müvafiq rəsmisi ilə görüşlər keçirib. Görüşlərdə hər iki rayon mərkəzinin Baş planlarının icra vəziyyəti, şəhər ərazilərinin yenidən qurulması və inkişafı ilə bağlı aktual mövzular, növbəti addımlar ətrafında geniş fikir mübadiləsi aparılıb, şəhərsalma fəaliyyətinin təşkili və bu sahədə dövlət nəzarəti məsələləri ilə bağlı çağırışlar müzakirə olunub.