Cənubi Afrikaya mənzil qıtlığını aradan qaldırmaq üçün 125 il lazım olacaq

İnfrastruktur
  • 22 may, 2026
  • 11:20
Cənubi Afrikaya mənzil qıtlığını aradan qaldırmaq üçün 125 il lazım olacaq

Mənzil tikintisinin hazırkı həcmlərinin saxlanacağı təqdirdə Cənubi Afrika Respublikasına 3 milyon evlik mövcud qıtlığı aradan qaldırmaq üçün ən azı 125 il lazım olacaq.

"Report" xəbər verir ki, bu barədə Cənubi Afrika Respublikasının "Moladi Development" tikinti şirkətinin idarəedici direktoru Henni Botes Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində baş tutan "Qlobal Cənubda məhsuldar tərəfdaşlıqları təşviq edən inşaatçılar koalisiyası və CAHF Mənzil Maliyyələşdirilməsi 2025/2026 nəşrinin ilkin təqdimatı" adlı panel sessiyada bildirib.

Onun sözlərinə görə, mənzil getdikcə daha çox investisiya aktivi kimi nəzərdən keçirilir, sosial hüquq kimi deyil, bu da uzunmüddətli icarənin azalmasına və sakinlərin şəhərlərin mərkəzi rayonlarından sıxışdırılmasına gətirib çıxarır.

"Qısamüddətli icarənin gəlirliliyi mənzilin uzunmüddətli kirayəyə verilməsindən əldə edilən gəliri xeyli üstələyir, bu da şəhər sakinlərinin maraqlarına mənfi təsir göstərir", - o deyib.

İlya vurğulayıb ki, bu cür proseslər centrifikasiya, sosial fraqmentasiya və meqapolislərin periferiya rayonlarına təzyiqin güclənməsinə səbəb olur.

44 filmi