“Caspian European Club” məhdud fiziki imkanlı vətəndaşlara göstərilən dəstəyə görə prezidentə minnətdarlıq edib

İnfrastruktur
  • 13 mart, 2018
  • 08:00
“Caspian European Club” məhdud fiziki imkanlı vətəndaşlara göstərilən dəstəyə görə prezidentə minnətdarlıq edib

Bakı. 13 mart. REPORT.AZ/ “Caspian Energy International Media Group” və “Caspian European Club” rəhbər şəxsləri klubun sədri Prezident İlham Əliyevə minnərdarlıq ediblər. 

Bu barədə “Report”a “Caspian European Club” sədrinin I müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib. 

“Biz məhdud fiziki imkanlı şəxslər üçün yaradılmış şəraitə və piyada keçidlərində quraşdırılmış xüsusi panduslara və köməkçi vasitələrə görə dövlət başçısına təşəkkür edirik”, - o qeyd edib.

T.Əliyev quraşdırılmış xüsusi pandusların məhdud fiziki imkanlı insanların şəhərdə maneəsiz hərəkətinə imkan verdiyini vurğulayıb: "Son bir neçə ay ərzində bu istiqamətdə həyata keçirilən işlər əhəmiyyətli dərəcədə fəallaşıb və təkcə Bakı şəhərində deyil, ölkənin digər regionlarında da aparılır, həmçinin yaşayış binalarını, parkları, bağları, ictimai nəqliyyatı, yeraltı və yerüstü keçidləri də əhatə edir. Nümunə üçün qeyd edim ki, Naxçıvan şəhərinə təşkil olunmuş ezamiyyətlərdən birində biz səslə müşayiət olunan işıqforların quraşdırıldığının şahidi olduq ki, bu da görmə qabiliyyəti zəif olan piyadalar üçün mühüm məqamdır”.

O xatırladıb ki, bir neçə il ərzində “Caspian European Club” yaradıcı ziyalıların və bir çox ictimai xadimlərin də dəstəklədikləri məhdud fiziki imkanlı insanlar üçün pandusların quraşdırılması təşəbbüsü ilə çıxış edib.

Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club" 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və “Caspian Energy İnternational Media Group”un fəal iştirakı ilə yaradılıb. 

2016-cı il dekabrın 24-də “Caspian American Club", 2018-ci il yanvarın 26-da “Caspian Asia Club” yaradılıb. İki il ərzində onlar “Caspian European Club”un idarə heyətinin üzvləri tərəfindən idarə olunacaqlar. “Caspian European Club”a daxil olan bütün şirkətlər avtomatik qaydada “Caspian American Club” və “Caspian Asian Club”un üzvü, “Caspian American Club” və “Caspian Asian Club”a daxil olanlar isə “Caspian European Club”un üzvü hesab olunurlar.

Yarandığı ilk gündən “Caspian European Club”, “Caspian American Club” və “Caspian Asian Club”un sədri Prezident İlham Əliyevdir. 

44 filmi