Bu gün Odessada Cənub-Qərb-Cənub dəmir yolu marşrutunun inkişafına dair protokol imzalanacaq
- 07 sentyabr, 2017
- 06:40
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 7 sentyabr. REPORT.AZ/ Ukraynanın Odessa şəhərində beş ölkədən olan dəmiryolu mütəxəssislərinin iştirakı ilə Cənub-Qərb-Cənub"beynəlxalq marşrut xəttinin inkişafına dair işçi qrupu fəaliyyətə başlayıb.
"Report"un "Ukrinform"a istinadən verdiyi xəbərə görə, bu barədə "Ukraya Dəmir Yolları" şirkəti məlumat yayıb.
Məlumata görə, bu gün Azərbaycan, Ukrayna, İran, Gürcüstan və Polşanın dəmir yolu rəhbərləri "Cənub-Qərb-Cənub" beynəlxalq nəqliyyat marşrutunun inkişafına dair koordinasiya komitəsinin iclasının protokolunu imzalayacaqlar.
"Marşrutun inkişaf layihəsi konteyner yüklərinin İran, Azərbaycan, Gürcüstan, Ukrayna, Polşa ərazisindən keçməklə, Hindistan, Fars körfəzi ölkələrindən Avropa İttifaqı və geriyə çatdırılmasını nəzərdə tutur",- məlumatda qeyd edilib.
Qeyd edək ki, bu marşrut yüklərin alternativləri ilə (35-37 gün) müqayisədə üç dəfə daha tez - 12 günə çatdırılmasına imkan verəcək. Hazırda vahid tariflər və vahid sənədlər işlənib hazırlanır. İnfrastrukturun təkmilləşdirilməsindən savayı, işçi qrup marşruta daha çox yüklərin cəlb edilməsi istiqamətində də işləyəcək.
Beynəlxalq marşrut xəttinin inkişafına dair Koordinasiya Komitəsinin bu gün iclasının keçirilməsi nəzərdə tutulub. Xatırlada qki, Cənub-Qərb-Cənub marşrutu Slavkuv-Paromnaya (1364 km), Paromnaya-Batumi (1050 km), Batumi-Bakı-Astara (982 km), Astara-Bəndər-Abbas (1915 km) hissələrindən ibarətdir.