BMT: Şəhər iqlim təhlükəsizliyi yeni formalaşan sahədir

İnfrastruktur
  • 21 may, 2026
  • 13:12
BMT: Şəhər iqlim təhlükəsizliyi yeni formalaşan sahədir

Şəhər iqlim təhlükəsizliyi nisbətən yeni və formalaşmaqda olan bir sahədir.

"Report" xəbər verir ki, bunu BMT-nin İqlim Təhlükəsizliyi Mexanizminin məsləhətçisi Antonio Sampayo Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Daha təhlükəsiz və dayanıqlı şəhərlərin formalaşdırılması: Şəhər iqlimi, sülh və təhlükəsizlik üzrə siyasət sənədinin layihəsi"nin müzakirəsində bildirib.

"ABŞ-nin Corc Meyson Universitetindəki bəzi həmkarlarımız şəhər ekoloji sülh quruculuğu üzrə ayrıca ədəbiyyat icmalı aparır. Biz şəhərlər və urbanizasiyadan yalnız bir problem kimi danışmırıq; əksinə, onlar həm də həll yoludur. Şəhər inkişafı və hətta urbanizasiyanın özü belə bir həll mexanizmi ola bilər. Lakin bu proses çox vaxt buna ən az hazır olan ölkələrdə və şəhərlərdə cəmləşirlər. Annaklaudia Rosbaxın qeyd etdiyi bir nümunəni xatırlatmaq istərdim: o bildirdi ki, urbanizasiya ətraf mühiti "yeyir". Demək olar ki, hərfi mənada təbiəti udur, çünki kənddən şəhərə miqrasiya və şəhərlərdəki təbii artım çox vaxt qeyri-qanuni məskunlaşma ərazilərinin və şəhər kənarlarının üfüqi genişlənməsinə səbəb olur. Bu isə ətrafdakı yaşıl sahələri və kənd təsərrüfatı torpaqlarını sıradan çıxarır. Bütün bunlar əsasən planlaşdırma çatışmazlığından və şəhərlərin sistemli şəkildə düzgün idarə olunmamasından qaynaqlanır. Nəticədə, yüksək əhali sıxlığı getdikcə daha da böyüyən bir və ya iki böyük şəhərdə cəmləşir", - deyə o qeyd edib.