Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub

Digər ölkələr
  • 20 noyabr, 2026
  • 01:45
Livanda Hizbullahın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub

Livanın ali hərbi prokuroru Klod Hanem "Hizbullah" hərəkatının beş üzvünü dövlət təhlükəsizliyinə qəsddə ittiham edib.

"Report" xəbər verir ki, bu barədə "Naharnet" portalı məhkəmə mənbələrinə istinadən məlumat yayıb.

İstintaqın məlumatına görə, noyabrın 10-da Bşerr dağ rayonunda saxlanılan hərəkat komandirləri yeni döyüşçülərin işə götürülməsi və hazırlanması ilə məşğul olublar. Onlar Livanın Cinayət Məcəlləsinin 307-ci maddəsinə uyğun olaraq, dövlət təhlükəsizliyinə təhlükə yaradan qanunsuz hərbiləşdirilmiş birləşmələrin yaradılması və silah saxlamaqda ittiham olunur.

Saxlanılanlar təxribat əməliyyatı hazırlamaqda da şübhəli bilinirlər.

Bundan əlavə, noyabrın 19-da Hanem "Hizbullah"ın daha üç nümayəndəsini, o cümlədən Livanın şimalındakı hərəkatın rəhbəri Şeyx Rida Əhmədi dindirməyə çağırıb.

44 filmi