Göyçayda yol qəzası olub, ölən və xəsarət alan var

Hadisə
  • 20 noyabr, 2026
  • 00:35
Göyçayda yol qəzası olub, ölən və xəsarət alan var

Göyçayda ağır yol qəzası olub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə noyabrın 19-da saat 23:30 radələrində rayonun Natəvan küçəsində qeydə alınıb.

Belə ki, VAZ-2107 markal avtomobil idarəetmədən çıxaraq yol kənarındakı hasara çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan 35 yaşlı Vasif İsmayılov ölüb, həmyaşıdı Nurlan Cəbrayılov xəsarət alıb.

N.Cəbrayılov xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.