Beyləqanda yol tikintisinə 4,6 milyon manat ayrılıb
İnfrastruktur
- 25 iyul, 2016
- 14:24
Bakı. 25 iyul. REPORT.AZ/ Prezident İlham Əliyev Beyləqan rayonunun Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
"Report"un məlumatına görə, iyirmi beş min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 4,6 milyon manat ayrılıb.
Maliyyə Nazirliyi və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə müvafiq məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
Son xəbərlər
03:56
Tramp: ABŞ-ın İrana hücum etməkdən başqa seçimi olmayıb
Digər ölkələr03:45
Braziliyada avtobus uçuşa hazırlaşan təyyarəyə çırpılıb
Digər ölkələr03:17
ABŞ-də təyyarə helikopterlə toqquşub
Digər ölkələr02:39
İraq Ceyhan istiqamətində neft ixracının həcmini artırmağı planlaşdırır
Digər ölkələr02:08
Mərakeşdən olan onlarla miqrant qayıq və hidrosikllərlə İspaniyaya çatıb
Digər ölkələr01:36
Azərbaycan səfiri etimadnaməsinin surətini Kosta Rikanın xarici işlər nazirinə təqdim edib
Xarici siyasət01:00
Con van den Brom: "Bəzi futbolçular "Qarabağ"la matçda səviyyələrindən aşağı oynadılar"
Futbol00:33
Qurban Qurbanov: "Futbolçular "Tvente" ilə oyunda çox güc sərf etdilər"
Futbol00:11