Belqorod-Dnestrovski limanı Azərbaycanın multimodal daşımalar üzrə təcrübəsini öyrənmək istəyir

İnfrastruktur
  • 18 sentyabr, 2025
  • 17:20
Belqorod-Dnestrovski limanı Azərbaycanın multimodal daşımalar üzrə təcrübəsini öyrənmək istəyir

Belqorod-Dnestrovski dəniz limanı multimodal daşımalar sahəsində Azərbaycanın təcrübəsini öyrənmək niyyətindədir.

Bunu "Report"a müsahibəsində limanın baş direktoru Oksana Kiktenko deyib.

Onun sözlərinə görə, Belqorod-Dnestrovski limanında sürətlə artan yük axınının ehtiyaclarını nəzərə alacaq yeni platformanın yaradılması planlaşdırılır.

"Biz Azərbaycan nümayəndələri ilə danışıqlar aparmağı planlaşdırır və bu istiqamətdə əməkdaşlıq qurmağa ümid edirik. Biz multimodal daşımaları da nəzərdən keçiririk, çünki bu sahədə Azərbaycanın təcrübəsini öyrənməyə çalışırıq", - limanın baş direktoru bildirib.

O.Kiktenko qeyd edib ki, Ələt Limanında artıq müasir bərə kompleksi yaradılıb və Belqorod-Dnestrovski dəniz limanı onlarla bu sahədə təcrübə mübadiləsi aparmaq istərdi.

"Əslində, hər şey bir-biri ilə əlaqəli olmalıdır: daşımaların sürətini artırmaq üçün logistika vahid marşrut, bir-birini tamamlayan elementlərdən ibarət infrastruktur boyunca qurulmalıdır. Belə olan halda biz həm çatdırılmanı sürətləndirə, həm də yüklərin aşırılma həcmlərini artıra biləcəyik", - o əlavə edib.

Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış ola bilərsiniz.

Son xəbərlər

Bütün Xəbər Lenti