BMT rəsmisi: Şəhər dayanıqlılığı inkişaf üçün ən strateji investisiyalardan biridir

İnfrastruktur
  • 20 may, 2026
  • 16:28
BMT rəsmisi: Şəhər dayanıqlılığı inkişaf üçün ən strateji investisiyalardan biridir

Şəhər dayanıqlılığı böyük xərc tələb etmir, əksinə, bu, davamlı inkişaf üçün ən strateji və ən səmərəli investisiyalardan biridir.

"Report" xəbər verir ki, bunu BMT-nin Türkiyə üzrə rezident əlaqələndiricisi Batatunde Ahonsi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Şəhər Zəlzələsinə Hazırlığın Gücləndirilməsi Daha Təhlükəsiz və Daha Davamlı Şəhərlər üçün BMT-nin Həlləri" adlı konfransda deyib.

O bildirib ki, vətəndaş cəmiyyəti, akademik dairələr, özəl sektor və xüsusilə zərərçəkmiş icmaların özləri bərpa prosesinin fəal həmtəsisçiləri kimi bu işə cəlb olunmalıdırlar:

"Əlbəttə, burada BMT-nin vahid yanaşması da mühüm rol oynayır. BMT-nin ölkə komandası olaraq biz də zərərçəkmiş bölgələrdə innovativ koordinasiya mexanizmləri yaradaraq bu yanaşmanı bərpa səylərində praktik şəkildə həyata keçirməyə çalışırıq".