Kukla teatrının əməkdaşı direktorun şikayəti üzrə təqsirləndirilən şəxs olub

Hadisə
  • 27 oktyabr, 2026
  • 16:28
Kukla teatrının əməkdaşı direktorun şikayəti üzrə təqsirləndirilən şəxs olub

Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadənin teatrın əməkdaşı Aynurə Əkbərova barəsində vermiş olduğu xüsusi ittiham qaydasında şikayətə baxılıb.

"Report" xəbər verir ki, Abşeron Rayon Məhkəməsində keçirilən prosesdə A. Əkbərova barəsində xüsusi ittiham qaydasında şikayət icraata götürülüb.

Qərara əsasən, Aynurə Əkbərova Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə barəsində kütləvi informasiya vasitələrində böhtan xarakterli məlumatlar yaydığı üçün və onu cinayət törətməkdə ittiham etməsi ilə bağlı etdiyi paylaşımlara bağlı Cinayət Məcəlləsinin 147.1-ci (cinayət törətməkdə böhtan atma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Məhkəmə prosesi noyabrın 2-də davam edəcək.

Qeyd edək ki, A. Əkbərova Xətai rayon icra başçısının keçmiş müavini Zaməddin Əkbərovun qızıdır.