Bakıda yerinə yetirilmiş inşaat işlərinin göstəriciləri açıqlanıb
- 30 iyun, 2025
- 11:26
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Bakı şəhərində yerinə yetirilmiş ümumi inşaat işlərinin 91,7 %-ini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.
Bu barədə “Report”a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, ötən 5 ay ərzində paytaxtın tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 87 %-ini tikinti, yenidənqurma və genişləndirmə, 6,2 %-ini əsaslı təmir, 3,5 %-ini cari təmir, 3,3 %-ini isə sair tikinti işləri təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycanda tikinti müəssisələri tərəfindən (fərdi sahibkarlar nəzərə alınmaqla) yerinə yetirilmiş inşaat işlərinin 83,7 %-ini inşa, yenidənqurma və bərpa, 7,2 %-ini əsaslı təmir, 5,1 %-ini cari təmir, 4 %-ini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 89,1 %-ini qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələri yerinə yetiriblər.