Bakıda MDB Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının iclası keçiriləcək
İnfrastruktur
- 02 dekabr, 2014
- 06:53
Bakı. 2 dekabr. REPORT.AZ/ Dekabrın 4-də Bakıda MDB Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının iclası keçiriləcək. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə DövlətKomitəsindən "Report"a verilən məlumata görə, Azərbaycanla yanaşı toplantıda Rusiya, Belarus, Ukrayna, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın müvafiq dövlət qurumlarının rəhbər şəxsləri iştirak edəcəklər.
- İclasda Dövlətlərarası Şuranın 2020-ci ilə qədər inkişaf strategiyası, MDB-nin iqtisadi inkişaf strategiyası üzrə görüləcək işlər planı, 2013-2015-ci illər üzrə Dövlətlərarası standartlaşdırma üzrə işlər planının aktuallaşdırılması və reallaşdırılması, keçmiş SSRİ zamanı tətbiq edilən hərbi standartların yenidən baxılması, aktuallaşdırılması və müvafiq təşkilati məsələlər üzrə fikir mübadiləsinin aparılması nəzərdə tutulur.
Son xəbərlər
17:45
Milli Paralimpiya Komitəsi ilə "Neftçi" İdman Klubu arasında əməkdaşlıq müzakirə edilib
İdman17:35
Bakı və Berlin strateji tərəfdaşlıq gündəliyi ilə əməkdaşlığı möhkəmləndirir
Xarici siyasət17:35
Kallas: Aİ-nin Maskatda nümayəndəliyinin açılması Omanla münasibətlərdə mühüm mərhələdir
Digər ölkələr17:35
Sabah direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayır
Elm və təhsil17:34
Macarıstan prokurorluğu Orbanın partiyasının ofisində axtarış aparıb və serverləri müsadirə edib
Digər ölkələr17:34
Qaradağ kanalında batan şəxsin meyiti tapılıb
Hadisə17:33
Fuad Ağayev Azərbaycanın da ev sahibi olduğu AVRO-2026-ya təyinat alıb - EKSKLÜZIV
Komanda17:21
Rövşən Rzayev vətəndaş qəbulu keçirib
Daxili siyasət17:14