Fuad Ağayev Azərbaycanın da ev sahibi olduğu AVRO-2026-ya təyinat alıb - EKSKLÜZIV

Komanda
  • 21 iyul, 2026
  • 17:33
Fuad Ağayev Azərbaycanın da ev sahibi olduğu AVRO-2026-ya təyinat alıb - EKSKLÜZIV

Azərbaycanlı voleybol hakimi Fuad Ağayev qadınlar arasında keçiriləcək Avropa çempionatına təyinat alıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Voleybol Federasiyasından bildirilib.

Ədalət təmsilçisi AVRO-2026-nın Türkiyənin İstanbul şəhərində təşkil ediləcək A qrupunun matçlarında iş başında olacaq. Bu qrupda meydan sahibləri ilə yanaşı, Almaniya, Polşa, Macarıstan, Sloveniya və Latviya komandaları çıxış edəcəklər.

Qeyd edək ki, Azərbaycan C qrupuna ev sahibliyi edəcək. Bu qrupda Azərbaycan, Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya milliləri yer alıblar. Bakıdakı qarşılaşmalar avqustun 21-28-də Milli Gimnastika Arenasında keçiriləcək.

44 - Tezliklə