Macarıstan prokurorluğu Orbanın partiyasının ofisində axtarış aparıb və serverləri müsadirə edib

Digər ölkələr
  • 21 iyul, 2026
  • 17:34
Macarıstan prokurorluğu Orbanın partiyasının ofisində axtarış aparıb və serverləri müsadirə edib

Macarıstan prokurorluğunun müstəntiqləri sabiq Baş nazir Viktor Orbananın müxalif "Fides" partiyasının ofisində reyd keçiriblər.

"Report" "Telex" portalına istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə "Fides"in ictimaiyyətlə əlaqələr üzrə direktoru Bertalan Havasi məlumat yayıb.

"Güc strukturlarının əməkdaşları əvvəlcədən xəbərdarlıq etmədən partiyanın bütün rabitə sistemini və məlumat bazalarını ələ keçirmək niyyəti ilə "Fides" partiyasının serverlərinin təhlükəsizliyini təmin edən mərkəzə gəliblər", - o qeyd edib.

Portalın məlumatına görə, "Fides"ə qarşı Milli Mədəniyyət Fondunun vəsaitlərinin təyinatı üzrə istifadə olunmaması işi üzrə istintaq aparılır.

Mərkəzi İstintaq Prokurorluğu "Telex" agentliyinə bildirib ki, prosessual hərəkətlər nə Mərkəzi İstintaq Prokurorluğu, nə də ona tabe olan regional istintaq prokurorluqları tərəfindən həyata keçirilmir.

44 filmi