Bakı yollarında nisbi sıxlıq yaranıb

İnfrastruktur
  • 11 noyabr, 2015
  • 05:25
Bakı yollarında nisbi sıxlıq yaranıb

Bakı. 11 noyabr. REPORT.AZ/ Bu gün Bakı yollarında nəqliyyat vasitələrinin hərəkətində nisbi sıxlıq müşahidə edilir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) "Report"a verilən məlumata görə, hazırda Bakı-Sumqayıt şosesində (Bakı Beynəlxalq Avtovağzalı qarşısında, paytaxta doğru), Heydər Əliyev prospekti (mərkəzə doğru), Yusif Səfərov küçəsi, Abbasqulu ağa Bakıxanov küçəsi ("Gənclik" metrosu istiqamətində) və Ziya Bünyadov prospektində sıxlıq qeydə alınıb.