Bakı-Sumqayıt elektrik qatarından istifadə edən 100 mininci sərnişin məlum olub

İnfrastruktur
  • 13 noyabr, 2015
  • 12:59
Bakı-Sumqayıt elektrik qatarından istifadə edən 100 mininci sərnişin məlum olub

Bakı. 13 noyabr. REPORT. AZ/ Bu gün Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarının xidmətindən istifadə edən sərnişinlərin faktiki sayı rəsmən 100 minə çatıb.

"Report" xəbər verir ki, Memarlıq və İnşaat Universitetinin I kurs tələbəsi olan Tacan Kərimliyə "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən "biznes" klass vaqonunda bir ay ərzində pulsuz gediş sertifikatı verilib. 

Xatırladaq ki, Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarları sentyabrın 12-dən fəaliyyətə başlayıb.

44 - Tezliklə