Bakı metrosunda qatarların hərəkət vaxtı uzadılacaq
İnfrastruktur
- 26 iyul, 2025
- 19:15
Bakı Metropoliteni iyulun 27-də Bakı Olimpiya Stadionunda baş tutacaq dünya şöhrətli ifaçı Castin Timberleykin konserti ilə əlaqədar iş rejimində dəyişiklik edəcək.
Bu barədə "Report"a "Bakı Metropoliteni" QSC-dən bildirilib.
Tədbirin saat 20:00-da başlanması nəzərə alınaraq, metro stansiyalarının iş vaxtı iyulun 27-dən 28-nə keçən gecə 2 saat uzadılacaq. Bütün stansiyaların girişi saat 00:00-dan 02:00-dək açıq olacaq.
Məqsəd konsert iştirakçılarının gec saatlarda ictimai nəqliyyata çıxışını asanlaşdırmaq, onları mənzilbaşına rahat və təhlükəsiz çatdırmaqdır.
Konsert məkanına rahat gediş-dönüş üçün iştirakçılara “Koroğlu” stansiyasının 3 və 4-cü çıxışlarından istifadə etmək tövsiyə olunur.
Son xəbərlər
19:00
Konqo Ebola virusuna qarşı 70 min doza peyvənd alacaq
Digər ölkələr18:50
Husilər Nəcranda hava limanına və "Saudi Aramco"nun müəssisəsinə hücum ediblər
Digər ölkələr18:45
Kürdəxanıda tikinti materiallarında baş verən yanğın söndürülüb - YENİLƏNİB
Hadisə18:43
"Karvan-Yevlax" Türkiyə klublarında oynamış Antoni Uzodimma ilə anlaşıb
Futbol18:39
Rusiya qoşunları KLO şirkətinin Kiyev vilayətindəki neft bazasına hücum edib
Digər ölkələr18:25
Ukrayna İAP "Forest Qamp" və "Femida" işlərinin fiqurantlarının adlarını açıqlayıb
Digər ölkələr18:19
Foto
İmişlidə 30-a yaxın vakansiya üzrə əmək yarmarkası keçirilib
Sosial müdafiə18:09
Azərbaycanın voleybol millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb
Komanda17:54