"Araz-Naxçıvan"ın əsas komandasının məşqçi və futbolçu heyəti üçün seminar keçirilib

Futbol
  • 25 noyabr, 2026
  • 16:35
Araz-Naxçıvanın əsas komandasının məşqçi və futbolçu heyəti üçün seminar keçirilib

AFFA Hakimlər Komitəsinin üzvü Asim Xudiyev və komitənin təhsil məsələləri üzrə eksperti Orxan Məmmədovun iştirakı ilə "Araz-Naxçıvan"ın əsas komandasının məşqçi və futbolçu heyəti üçün seminar keçirilib.

Bu barədə "Report"a klubdan məlumat verilib.

Seminar zamanı komitə əməkdaşları tərəfindən hakim idarəçiliyi zamanı tətbiq olunan yeni qaydalar haqqında ətraflı məlumat verilib.

Bundan əlavə, oyunlar zamanı verilmiş səhv qərarları əks etdirən videoçarx nümayiş etdirilib, yekunda isə futbolçu və məşqçi heyətini maraqlandıran suallar cavablandırılıb.