"Azərsu" sədrinin müavini Ağsuda vətəndaşları qəbul edəcək

İnfrastruktur
  • 09 dekabr, 2022
  • 06:38
Azərsu sədrinin müavini Ağsuda vətəndaşları qəbul edəcək

Dekabrın 16-da “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov Ağsu şəhərində vətəndaşları qəbul edəcək.

Bu barədə "Report"a qurumdan bildirilib.

Qəbul saat 10:00-dan başlayaraq Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda Ağsu və İsmayıllı sakinlərinin müraciətləri dinləniləcək.

Vətəndaşlar qəbul üçün Ağsu və İsmayıllı Sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və office@azersu.az elektron poçtu vasitəsilə ilə “Azərsu”ya müraciət edə bilərlər.

44 - Tezliklə