“Azəristiliktəchizat” ötən ay “Asan Kommunal”da 165 vətəndaşa xidmət göstərib
- 14 oktyabr, 2022
- 11:13
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən ay “Azəristiliktəchizat” ASC 1 saylı Bakı “ASAN Kommunal” mərkəzində 165 vətəndaşa xidmət göstərib.
Bu barədə "Report" ASC-yə istinadən xəbər verir.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tərkibində fəaliyyət göstərən mərkəzdə vətəndaşlara abonent məlumatlarına dəyişiklik edilməsi, borcun araşdırılması və borcun olmaması haqqında arayışların təqdim olunması, habelə texniki şərtin verilməsi üzrə xidmətlər təklif edilir. Qeyri-əhali istehlakçı qrupuna aid olanların qeydiyyata alınması da “ASAN Kommunal” mərkəzləri vasitəsi ilə həyata keçirilir.
Vətəndaşların qəbulu həftənin beş günü saat 09:00-dan 19:00-dək, şənbə günləri isə 09:00-dan 17:00-dək fasiləsiz olaraq aparılır. Xidmətlərdən istifadə etmək tam ödənişsizdir.
Qeyd edək ki, 17 avqust 2020-ci il tarixindən etibarən ”Azəristiliktəchizat” ASC-nin istehlakçılara göstərilən xidmətlərinin asanlaşdırılması və əlçatanlığının təmin olunması məqsədilə 1 saylı Bakı “Asan Kommunal” mərkəzində fəaliyyətə başlanılıb.